Ürəkdağlayan HADİSƏ: SMA xəstəsi oğlunun aparatını söndürən ata özünü ÖLDÜRDÜ – FOTObackend

Ürəkdağlayan HADİSƏ: SMA xəstəsi oğlunun aparatını söndürən ata özünü ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dəhşətli ailə faciəsi baş verib. SMA xəstəsi olan oğlunun süni nəfəs aparatını söndürən ata intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə “DHA” informasiya agentliyi məlumat yayıb.

Türkiyədə ağır və ürəkağrıdan ailə faciəsi baş verib. SMA (onurğa əzələ atrofiyası) xəstəliyindən əziyyət çəkən 12 yaşlı oğlunun vəziyyətindən sarsılan ata gözlənilməz addım atıb.

O, oğlunun qoşulduğu süni nəfəs aparatının elektrik kabelini cərəyandan ayıraraq cihazı söndürüb, ardınca isə özü intihar edərək həyatına son qoyub.

Cihazın sönməsindən dərhal sonra xəbərdar olan həkimlərin vaxtında müdaxiləsi sayəsində 12 yaşlı uşağın həyatını xilas etmək mümkün olub.

Faciəvi şəkildə dünyasını dəyişən atanın cənazəsi Türkiyənin Kocaeli şəhərində dəfn edilib. Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

İlkin ehtimallara görə, atanın bu addımı atmasına səbəb uzun illər davam edən ağır müalicə prosesinin yaratdığı güclü psixoloji sarsıntı və mənəvi tükənmə olub.

Xilas edilən uşağın reanimasiyada müalicəsi həkimlərin ciddi nəzarəti altında davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az