Borca pivə verməyən satıcı qadın kürəyindən BIÇAQLANDI – VİDEObackend

Borca pivə verməyən satıcı qadın kürəyindən BIÇAQLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanda borca pivə verməyən satıcı qadını kürəyindən bıçaqlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Krasnodar diyarında (Kuban) borca pivə almaq istəyən şəxs satıcı qadına bıçaqla hücum edib.

43 yaşlı yerli sakin mağazaya daxil olaraq satıcıdan ona borca iki şüşə pivə verməsini xahiş edib. İmtina cavabı aldıqdan sonra o, qəfildən bıçaq çıxararaq satıcı qadının kürək nahiyəsinə zərbə endirib.

Lakin qorxmayan qadın dərhal piştaxtanın üzərindəki şüşələrlə özünü müdafiə etməyə başlayıb.

Hücum edən şəxsin diqqəti piştaxtadakı mallara yayındığı an satıcı qadın mağazadan qaçaraq kömək çağıra bilib.

Yaxınlıqdakı yerli sakinlər dərhal reaksiya verərək təcavüzkarı zərərsizləşdirib və polis gələnədək onu mağazanın daxilində kilidləyiblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri cinayətkarı həbs ediblər. Yaralı qadın isə dərhal xəstəxanaya yerləşdirilib və hazırda həyatı üçün təhlükə olmadığı bildirilir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, cinayəti törədən şəxsi qanunvericiliyə əsasən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az