Düzəltdikləri bərə ilə Volqanı keçmək istəyən iki yeniyetmədən biri BOĞULDU – FOTObackend

Düzəltdikləri bərə ilə Volqanı keçmək istəyən iki yeniyetmədən biri BOĞULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki yeniyetmə düzəltdikləri bərə ilə Volqanı keçmək istəyərkən faciə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Rusiyanın Samara vilayətində ölümlə nəticələnən ağır bədbəxt hadisə baş verib. İyunun 11-də günorta saatlarında Rojdestvenski adası yaxınlığında 15 yaşlı Semyon M. və Aleksandr İ. öz əlləri ilə düzəltdikləri bərənin dözümlülüyünü yoxlamaq və onunla Volqa çayının qolunu keçmək qərarına gəliblər.

Lakin onların bu təhlükəli sınağı faciə ilə bitib – bərə sahildən təxminən 50-70 metr məsafədə qəfil çevrilib. Hər iki yeniyetmə əyinlərində xilasedici jilet olmadan suya düşüblər.

Yeniyetmələrdən biri – Semyon çətinliklə də olsa sahildən çıxmağı bacarıb. Digər məktəbli Aleksandr isə əynindəki qalın paltarların su hoparaq ağırlaşması səbəbindən suyun dibinə getməyə başlayıb və boğulub.

Hadisə yerinə dərhal xilasetmə və axtarış qrupları cəlb olunub. Bir qədər sonra dalğıclar Aleksandrın meyitini çayın təxminən 6 metr dərinliyindən çıxararaq hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Hazırda Rusiya İstintaq Komitəsinin yerli idarəsinin müstəntiqləri baş vermiş bu dəhşətli faciənin bütün təfərrüatlarını və səbəblərini araşdırırlar.

Ekspertlər valideynləri xüsusilə yay aylarında uşaqların su hövzələrinin yaxınlığında nəzarətsiz qalmasına imkan verməməyə çağırırlar.

Xuraman Etibarlı

İnterpress.az