Nənələr “dekretə” GEDİR: Rusiyada yeni ÖDƏNİŞ SİSTEMİbackend

Nənələr “dekretə” GEDİR: Rusiyada yeni ÖDƏNİŞ SİSTEMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirov vilayətində nənələrə təqaüdə çıxmaq əvəzinə “dekreti” təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kirov vilayətində ailələrin iqtisadi vəziyyətini yaxşılaşdırmaq və uşaqlara baxımı təmin etmək üçün qeyri-adi bir təşəbbüs irəli sürülüb.

Belə ki, regionda nəvələrinə baxan təqaüdçülərə ayda 45 min rubl (təxminən 1 070 manat) məbləğində ödəniş edilməsi təklif olunur.

Bu addım valideynlərin həddindən artıq çox işləməsi, ailələrdə büdcə çatışmazlığı və ailə dəstəyi olmadan gündəlik xərclərin qarşılanmasının çətinləşməsi fonunda atılıb.

Ekspertlər hesab edir ki, bu təşəbbüs həm gənc valideynlərin iş fəaliyyətini davam etdirməsinə, həm də pensiya yaşına çatmış şəxslərin maddi durumunun yaxşılaşmasına kömək edəcək.

Layihənin yaxın vaxtlarda digər regionlarda da tətbiqi ilə bağlı müzakirələr aparılır.

Xuraman Etibarlı

İnterpress.az