Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı iyunun 11-də növbəti onlayn vətəndaş qəbulu keçirib.
İnterpress.az xəbər verir ki, qəbulda Neftçala rayonunun Qoltuq, Xol Qaraqaşlı, Boyat və Qədimkənd kəndlərinin sakinləri iştirak ediblər.
Görüş zamanı vətəndaşlar tərəfindən əsasən Xol–Neftçala avtomobil yolunun təmiri, kənd təsərrüfatı sahəsi ilə bağlı problemlər, səhiyyə xidmətlərində mövcud çətinliklər, eləcə də mədəniyyət evləri və kitabxanalarda aparılan ixtisarlarla əlaqədar müraciətlər səsləndirilib.
Deputat Tənzilə Rüstəmxanlı sakinlərin müraciət və təkliflərini diqqətlə dinləyərək qaldırılan məsələlərin aidiyyəti dövlət qurumları və nazirliklər qarşısında qaldırılacağını bildirib. O, bəzi problemlərlə bağlı artıq müvafiq qurumlara rəsmi müraciətlərin ünvanlandığını qeyd edib.
Millət vəkili həmçinin vurğulayıb ki, vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində görülən işlər daim nəzarətdə saxlanılacaq.






