ABŞ-də 48 yaşlı kişi 25 il əvvəl törətdiyi qətlə görə edam edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Piylənmədən əziyyət çəkən 48 yaşlı Maykl Tanzi Florida ştatının həbsxanasında edam edilib. Ona öldürücü iynə vurulub.
2000-ci ilin aprelində o, “Miami Herald” qəzetinin əməkdaşı Canet Akostanı qaçırmışdı. O, mikroavtobusunda nahar yeyərkən Tanzi ona hücum edib, qarət edib, sonra onu Florida Keysə aparıb, orada təcavüz edərək boğub.
Müdafiə tərəfi edamın dayandırılması üçün apellyasiya şikayəti verib. O, Tanzinin ölümcül inyeksiya zamanı ağrıya səbəb ola biləcək “morbid piylənmə” və radikulit səbəbindən öldürülə bilməyəcəyini iddia edib. Lakin Florida Ali Məhkəməsi vəsatəti rədd edib.
Xuraman Etibarlı
İnterpress.az