5 ölkə Ukrayna ilə ticarət sazişinin ƏLEYHİNƏ ÇIXDIbackend

5 ölkə Ukrayna ilə ticarət sazişinin ƏLEYHİNƏ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan Ukrayna ilə ticarət sazişinin əleyhinə çıxış ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası Aİ Şurasının kənd təsərrüfatı üzrə iclasında iştirak edən avropalı diplomatlara istinadən məlumat yayıb.

Avropa ölkələrinin nümayəndələri hesab edirlər ki, saziş Avropa bazarında sabitliyin pozulmasına gətirib çıxaracaq.

Yeni sazişin çərçivəsi iyunun 5-də başa çatan vizasız ticarət tənzimləməsinin dəyişdirilməsi prosesinin bir hissəsi kimi müzakirə edilir.