Lənkəranda ağır yol qəzası:xəsarət alanlar varbackend

Lənkəranda ağır yol qəzası:xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisində, Velədi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, \”Volkswagen\” və \”Lada Priora\” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanaşı, qapalı kəllə beyin travması alan 1995-ci il təvəllüdlü, Lənkəran rayonu Səpnəkəran kənd sakini Xəlilov Ravil Rafail oğlu ilkin tibbi müalicədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanlar: Lənkəran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Teymur Hüseyn oğlu, 1959-cu il təvəllüdlü, Lənkəran şəhər sakini Məmmədova Güllü Nəriman qızı, 1996-cı il təvəllüdlü, Səpnəkəran kənd sakini İbayev Amin abdultalıb oğlu yuxarı və aşağı ətraflarda yerdəyişən, qəlpəli sınıq diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan G.Məmmədova və A. İbayevin xəsarətləri daha ağır hesab edildiyindən onlar Bakı şəhərinə yola salınmaq üzrədir.

Qəzanın başvermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırılır.

İnterpress.az