Suriya ordusu terrorçulara Hələbi tərk etməyə şərait yaradıbbackend

Suriya ordusu terrorçulara Hələbi tərk etməyə şərait yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, rəsmi Dəməşqin bəyanatına əsasən, “Suriya və Rusiya ordularının liderləri silahlılara təhlükəsiz çıxış və hər cür yardım təqdim etməyə hazırdır”.

Xatırladaq ki, bu gün davam edən döyüşlər nəticəsində hökumət qoşunları şəhərin şimal hissəsini və şərq hissəsinin bəzi məhəllələrini terrorçulardan təmizləyib. Silahlılar tələsik qaçmağa başlayıblar.

Eyni zamanda, hökumət qoşunları terrorçuların Suriyanın şimalından ərzaq və silah yardımı aldıqları Əl-Cancul yolunu tamamilə bağlayıblar.

Suriya ordusunun komandanlığı göstərdiyi əvəzsiz hərbi və siyasi köməyə görə Rusiyaya təşəkkürünü bildirib.