Türkiyənin Qars rayonunda PKK terrorçularına qarşı əməliyyat keçirilib.
APA-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə Kağızman qəsəbəsinin Çemçe-Madur bölgəsində pilotsuz aparat vasitəsi ilə 7 terrorçu aşkarlanıb.
“Atak” hərbi vertolyotunun hava dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 7 terrorçu öldürülüb.
İnterpress.az