Apasport.az saytının məlumatına görə, həftənin son matçı Qəbələ baş tutub.
Çempionluğa əsas namizədlər, Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəliblər.
8 oyundu uduzmayan və qol buraxmayan “qırmızı-qaralar” son 4 turda xal da itirməyib. Bölgə klubunun seriyası bu dəfə də davam edib. Meydan sahibləri matça fəal başlayıb. 11-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra isə Baqali Dabo ikinci dəfə qonaqları məyus edib.
Qeyd edək ki, bu oyundan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq.
İnterpress.az