Gununsesi.info-nun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti “NAZ-lifan” alınıb.
Prokurorluq işçilərinin peşə bayramı zamanı (1 oktyabr) bir çox prokuror Fəxri Xiyabana məhz yeni NAZ-larla gəliblər.
Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.
İstehsal olunan modellər \”NAZ-Lifan 720\”, \”NAZ-Lifan 820\” (Premium modellər), \”NAZ-Lifan 620\”, \”NAZ-Lifan 630\” (sedan modellər), \”NAZ-Lifan X50\” və X60 (SUV), \”NAZ-Lifan 320\” və \”NAZ-Lifan 330\” (Mini) modelləridir.
\”NAZ-Lifan 720\” modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.
İnterpress.az