İnterpress.az Sağlam Ailə-Müasir Diaqnostika Klinikasının həkim dietoloqu Fuad Məcidovdan artıq çəkidən azad olmağın sirlərini öyrənib.
40 yaşından sonra necə arıqlayaq?
Ümumilikdə arıqlamaq üçün 5 əsas prinsip var.
1: Stres və depressiyadan uzaq olmaq.
2: Düzğün qidalanmaq, təzə meyvə-tərəvəzlər, proteinli qidalar, lifli qidalardan bol istifadə, gün ərzində 2-3 litr su içmək, gündə 1 saat sürətlə addımlamaq və idmanla məşğul olmaq, yuxunu normallaşdırmaq, yəni vaxtında yatıb – oyanmaq.
Bunlara əməl edən hər bir insan rahat şəkildə artıq çəkidən azad olur.
Bu sadəcə sağlam həyat tərzi adlanır. Müasir zamanda hər kəs buna əməl edərsə, həyat tərzini dəyişərsə sağlamlıq baxımından problemlərlə qarşılaşmayacaq.
Maddələr mübadiləsini necə normal vəziyyətə gətirək?
Mən hər zaman deyirəm ki, hədəfiniz “mən necə artıq kilolardan azad olum” deyə olmasın. Məqsədiniz sağlam həyat tərzi olsun, o zaman siz artıq çəkidən canınızı qurtarmağa nail olacaqsınız.
Gündəlik rasionda təbii, işlənməmiş, rafinə olmamış, qatqısız konservantsız qidalardan istifadə etmək lazımdır.
Çalışın yedikləriniz dərmansız , dərmanınız isə yedikləriniz olsun.
Su arıqladırmı?
Su içmək arıqladır, amma gündə ən azı 2 l, su eynı zamanda sizi sağlam və dinc tutar, cox su içən uzun illər yaşıyar, cavan qalar, bədən toksinlərdən, şlaklardan təmizlənər. Ona görə həkim olaraq bol su içməyi məsləhət görürəm.
Gündəmdə olan Sassi suyu, nə qədər əhəmiyyətlidir?
Sassi suyundan içə bilərsiniz, bu adi sudur, yalnız bəzi su içməklə arası olmayan insanlar rahat içməsi ücün dada gətirmək məgsədi ilə nanə, xiyar, limon, zəncəfil qatılır.
Zəncəfil mədədə “fors-major” halları yaratmır ki?
Xeyir zəncəfil mədəyə ziyan etməz, əksinə mədə, bağırsaq fəaliyyətinə müsbət təsir edər, ona görə zəncəfilin istifadəsi mədədə heç bir problem yaratmır, əksinə immuniteti gücləndirir, ürək və qan-damar sisteminə, beyinə müsbət tesir edir.
Səidə Mustafayeva
İnterpress.az