Vergi məmuru İran vətəndaşını qaçırdıbackend

Vergi məmuru İran vətəndaşını qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da Kotayk polis şöbəsinə Benika M adlı şəxs zəng edərək naməlum şəxslərin Mayakovka kəndi yaxınlığında olan fermadan onun tanışını qaçırdığını söyləyib.

İstintaq zamanı hadisənin maraqlı detalları üzə çıxıb. İran vətəndaşı Qasım Q. polisə ifadəsində bildirib ki, Ermənistan dövlət daxilolmaları üzrə komitəsinin yeni vergi inspektoru T.Q. əlbir olduğu şəriklərlə birgə onu zorla “Toyota camry” markalı avtomobilə əyləşdirərək naməlum istiqamətdə aparıb. Yolda ermənilər İran vətəndaşını ölümlə hədələyiblər.
Avtomobil yolda olduğu zaman müfəttişə polis zəng edib. O, dərhal İran vətəndaşını sərbəst buraxıb.
Faktla bağlı araşdırmalar davam edir.

İnterpress.az