Britaniyaya istintaq qrupu göndərildibackend

Britaniyaya istintaq qrupu göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev, mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda \”AFB Bank\” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə Cahangir Hacıyevin digər vəkili Aqil Layicov da müdafiə çıxışı edib.

Aqil Layicov bildirib ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın arxasınca Böyük Britaniyaya istintaq qrupu göndərilib, lakin onu gətirə bilməyiblər: \”Necə oldu Zamirə Hacıyevanın arxasınca qrup yaradıb xaricə gedirsiz, amma Xəqani Bəşirovu gedib dindirə bilmirsiz? Niyə gətirmədiz Zamirə Hacıyevanı?\”

Daha sonra Aqil Layicov və digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışında hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib.

İnterpress.az