Kadırova sui-qəsd təşkil olunubbackend

Kadırova sui-qəsd təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa.info xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb. Qəzet öz mənbələrinə istinadən yazır ki, bir qrup gənc Kadırovun iqamətgahına bomba qoyub.

Onlarla adamın həbs haqda məlumat bu yayın əvvəlində daxil olmuşdu. Həbs olunanların çoxu Nojay-Yurtovski, Qudermes, Kurçaloyevski rayonlarındandır. “Novaya qazeta”nın məlumatına görə həbslər ciddi şəkildə gizlədilirmiş. Ancaq hadisədən qopan kiçik faktlar Ramzan Kadırovun idarəçiliyi dövründə bunun ən böyük hadisələrdən biri olduğunu üzə çıxır.

Sui-qəsdçilərdən xeyli sayda müasir silah götürülüb. Bu haqda qəzetə axtarışları şəxsən aparan şəxs məlumat verib.

Sui-qəsdin üstü təsadüfən açılıb. Mənbənin bildirdiyinə görə, sui-qəsdçiləri Kadırovun prezident aparatına rəhbərlik edən İslam Kadırovun əmisi oğlu Valid ələ verib. Versiyaların birinə görə, onun nömrəsi 9 mayda Qroznıda öldürülən iki silahlının telefon siyahısı yoxlanılarkən əldə edilib.

Digər versiyaya görə, Valid öz qardaşından Çeçenistan prezidentinin nömrəsini oğurlayıb və nömrəni Ramzan Kadırovun qan düşmənləri Yamadayevlərə verib.

Valid özü bir tərəfdən Kadırova, digər qoldan Yamadayevlərə qohum düşür. Onun Kadırovun yaxın ətrafında olmasını Adam Delimxanovla çəkdirib, “İnstagram”a yerləşdirdiyi foto da təsdiqləyir. 19 mayda valid513 hesabı deaktiv edilib, onun öz taleyindən isə xəbər yoxdur.

İslam Kadırovun əmisi oğlu haqda “İnstagram”da may ayından bəri heç bir məlumat getməyib. Ramzan Kadırov öz qohumundan şübhələri yaranıb, ancaq sui-qəsddə prezident administrasiyası başçısının iştirakı ilə bağlı heç bir məlumat təsdiqini tapmayıb.

Qəzet yazır ki, məhz İslam Kadırov bu müddətdə ictimaiyyət qarşı hər iki əli gipsdə çıxıb.

Qeyd edək ki, 2015-ci ilin iyulunda Ramzan Kadırov özü ona qarşı təşkil olunan sui-qəsd haqda məlumat yaymışdı. O zaman onu hər gün getdiyi tikinti sahəsinin yaxınlığında yerləşən borunu minalamışdılar. Kadırov demişdi ki, sui-qəsdi Həmzət Bityukayeva tabe olan silahlılar törədib. Bityukayevin qruplaşması məhv edilsə də, özü gizlənə bilib.

Hadisə ilə bağlı açıqlama verən Çeçenistan prezidentinin mətbuat xidmətinin başçısı Alvi Kərimov deyib ki, qəzetin yazdığı məlumat həqiqətə uyğun deyil.