Türkiyədə 13000 polis işdən çıxarıldıbackend

Türkiyədə 13000 polis işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, xidmətdən uzaqlaşdırılanların təxminən 2,5 min nəfəri rəis vəzifəsində olub.

Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Hadisələr əsasən Ankara və İstanbulda cərəyan edib. Nəticədə 240-dan çox Türkiyə vətəndaşı vəfat edib, 2 000-dən çox insan xəsarət alıb. Cəhdin qarşısı alınıb.

Çevriliş cəhdində birbaşa Fətullah Gülən və onun tərəfdarları günahkar bilinir.

İnterpress.az