“Nigaha girən 133 nəfərdə QİÇS aşkarlanıb” – Rəsmi açıqlamabackend

“Nigaha girən 133 nəfərdə QİÇS aşkarlanıb” – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az-a Səhiyyə nazirliyinin mətbuat ximdətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.

O bildirib ki, ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197554 nəfər keçib:

“Yalnız cari ilin sentyabr ayı ərzində nigaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib”.

Qrumun əməkdaşı daha sonra bildirib ki, 1 iyun 2015-ci il – 30 sentyabr 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub:

“ Müayinədən keçmiş 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkarlanıb”.

Qeyd edək ki, \”Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

Gülşanə Mustafayeva
İnterpress.az