İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Rusiya prezidentinin səfər zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışıqlarla başlayacaq.
Görüşdə liderlər ikitərəfli münasibətlər, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdən sonra Putin və Nazarbayev iki ölkənin iş adamlarının iştirakı ilə Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.
Sonra dövlət başçıları Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər. Forumun əsas mövzusu Avrasiya məkanında nəqliyyat və logistika potensialının inkişafıdır.
İnterpress.az