Qadınlar aborta qarşı qanuna etiraz edirbackend

Qadınlar aborta qarşı qanuna etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar etirazlarını reproduktiv hüquqlarının matəmi işarəsi kimi qara geyinib küçələrdə nümayiş edərək bildiriblər.
Etirazçı qadınlar işə və məktəbə getmir, ev işlərini görməkdən boyun qaçırır.
Polşalılar bu nümayiş növündə – Qara Bazar ertəsi 1975-ci ildə İslandiya qadınlarının etirazından ilhamlanıb.
Həm Varşavada, həm də rayonlarda etiraz edən qadınların sayı hələlik bilinmir.
Parlamentdə ilkin müzakirədən keçmiş qanun layihəsi qəbul edilərsə, bu ölkədə digər iki Avropa ölkəsi – Malta və Vatikandakı kimi abort etmək qadağan ediləcək.
Bu qaydanı pozan qadınları isə 5 il həbs cəzası gözləyir. Abortu həyata keçirən həkimləri də həbs gözləyir.
Polşada abort, bir sıra halları çıxmaqla, əsasən qadağandır. (bbc)

İnterpress.az