Sarkozidən Türkiyə açıqlamasıbackend

Sarkozidən Türkiyə açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet”-ə istinadən xəbər verir ki, Fransa prezidentliyinə namizəd olan və seçki təşviqatına davam edən eks prezident Nikola Sarkozi, Avropa Birliyinin gələcək planlarından danışarkən, Türkiyəni Avropanın kənarında gördüyünü açıqlayıb.
Fransa prezident seçkilərinə 7 ay qalmış seçki təbliğat-təşviqat kampaniyaları sürətlə davam edir. İki mərhələdə keçiriləcək prezident seçkilərinin birinci turunun 23 apreldə, ikinci turu isə 7 mayda həyata keçiriləcək. 2007-2012-ci illərdə Fransanın prezidenti vəzifəsində olan, indi isə “Respublikaçılar” partiyasından namizədliyini irəli sürən Sarkozi, dünən axşam Strasburqda təxminən 1700 seçici qarşısında çıxış edib.
Srkozi, fransızların milli hislərinə təsir edəcək bir məruzə ilə çıxış edib. Sarkozi Türkiyə haqqında bu sözləri deyib: “Türkiyə böyük mədəniyyət və tarixə sahib olan, böyük ölkədir. Ancaq Türkiyə Avropaya aid deyil, Asiyaya aiddir”
Daha sonra o əlavə edib: “Avropanın milli gəlirinin 50 faizini Fransa və Almaniya verir, Avropa Birliyinə Fransa və Almaniya ortaq rəhbərlik etməli və razılaşmaları təkrar nəzərdən keçirməlidir.”
Sarkozi həmçinun Fransadakı müsəlmanlarla bağlı da öz fikrini bildirib:
“Fransada Fransaya aid bir İslam olmalıdır, Fransadakı müsəlmanlar rahat yaşamalıdır. İslam dini ilə radikal dini terroristləri bir-birinə qarəşdırmaq olmaz”

İnterpress.az