MTN-nin tutduğu şeyxin adamına prokuror iş istəyəcəkbackend

MTN-nin tutduğu şeyxin adamına prokuror iş istəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prosesin davamında sənədlərin tədqiqinə başlanılıb.

Qapalı keçirilən məhkəmə ptosesində prokuror çıxış üçün vaxt istəyib. Növbəti prosesdə dövlət ittihamçı təqsirləndirilən şəxsə iş istəyəcək.

Məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.

Qeyd edək ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. İlahiyyatçı günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib.

Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az