Şabalıdın insan orqanizminə xeyribackend

Şabalıdın insan orqanizminə xeyri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələn, onun qabıqlarını suda qaynatdıqda qızdırmanı aşağı salır, sinirlərə sakitləşdirici təsir göstərir.
Meyvəsi əzələləri qüvvətləndirir, qan dövranını nizamlayır, fiziki və zehni yorğunluğu və qanazlığını aradan qaldırır. Şabalıd kalium, fosfor, maqnezium, kalsium, dəmir və sodium mineralları ilə, C, B1 və B2 vitaminləri ilə də zəngindir.

Şabalıdı necə seçməli?

Şabalıdı seçərkən rənglərinin canlı və sərt olmasına diqqət yetirmək lazımdır. Digər tərəfdən, şabalıdın üzərindəki ləkələrə fikir verin. Digərlərindən daha tündrəngli və ya pis qoxulu şabalıdlardan isə istifadə etməyin.

Bişirmək üçün…

Şabalıdları iti bıçağın ucu ilə üst tərəfdən “x” şəklində çərtin və 1 saat soyuq suda saxlayın. Sonra şabalıdları qaynayan suya tökərək yarım saat bişirin. 5 dəqiqəyə qədər qazanın üstünü yun parça ilə örtsəniz, şabalıdların dadı daha gözəl olar. Qaynatdığınız suya 2 damcı zeytun yağı əlavə etsəniz, yaxud qaynatdıqdan sonra soyuq sudan keçirsəniz, şabalıd çox tez və asanlıqla soyular. Ocaq üstündə şabalıd bişirmək istəyirsinizsə, üstünü çərtdikdən sonra 1 saata qədər buzlu və ya soyuq suda saxlayın, onda daha tez bişəcək.

İnterpress.az