Naringi – bolluca yeyin- FOTObackend

Naringi – bolluca yeyin- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naringi C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir.
Bundan əlavə naringidə kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, naringi də hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.i
Naringi maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir.
Tərkibində olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətinə görə naringi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.
Naringi qurdlar, göbələklər və mikroblar əleyhinə xüsusiyyətlərinə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir.
Qış aylarında soyuqdəymə xəstəliklərinin sayı artır və bu zaman digər sitrus meyvələri ilə yanaşı naringi bu xəstəliklərlə mübarizədə bizə kömək edir.
Lakin onu da nəzərinizə çatdıraq ki, naringi müəyyən qrup insanlara zərər yetirə bilər. Bütün sitrus meyvələri kimi, naringi da allergik xüsusiyyətlərinə malikdir.
Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən \”süi-istifadə etməməlidir\”.
Naringi yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir.
Naringi şirəsi insanın sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir və əhval-ruhiyyəni qaldırır. Bu meyvə əsl təbii antidepressantdır.
Əhval-ruhiyyəniz pis olduqda naringi qabıqlarını əlinizdə əzib iyləyin. Bir neçə dədiqədən sonra siz hiss edəcəksiniz ki, həyat davam edir.

Naringi - bolluca yeyin- FOTO

Naringi - bolluca yeyin- FOTO

Naringi - bolluca yeyin- FOTO

Naringi - bolluca yeyin- FOTO

Naringi - bolluca yeyin- FOTO

Naringi - bolluca yeyin- FOTO

İnterpress.az