Tərkib:
1 st. un
100 qr kərə yağı
2 qr duz
5 qr şəkər tozu
100 qr un
3 ədə yumurta
İçlik üçün:
300 qr Labnə pendiri
1 dəstə şüyüd
Hazırlanması:
Qazanı ocağa qoyaraq üzərinə su əlavə edirik. Su qaynamağa başladığı zaman üzərinə yağı əlavə edib əridirik. Yağ əridikdən sonra üzərinə duz, şəkər tozu və unu əlavə edərək yaxşıca qarışdırırıq. İsti qazanda maye buxarlanana qədər yaxşıca qarışdırmağa davam edirik. Daha sonra ocaqdan götürüb üzərinə yumurtaları əlavə edərək yenidən qarışdırırıq.
Alınan qarışımı konditer torbasına töküb, perqament kağızına kiçik dairələr şəklində sıxırıq. Və ya sadəcə hərəsi 2 qaşıq olmaqla da həmən dairələri ala bilərsiniz. Profiterollərin üstü qızarana kimi 180 C-li sobada 20-25 dəqiqə bişiririk. Üzəri qızardıqdan sonra sobadan çıxardıb, soyumağa qoyuruq. Şüyüdləri xırda-xırda doğrayıb pendirlə qarışdırırıq. Profiterollərin kənarından kiçik yer açıb, içərisinə içliyi doldururuq.
İnterpress.az