Yanlış qidalanma vərdişləri xəstə edir
Qapalı yerlərdə uzun vaxt keçirmək, şəkərli və hazır içkiləri bol qəbul etmək immuniteti zəiflətməklə xəstəlikləri sürətləndirir. Bunun üçün evdə, ya iş yerində hazırlana bilinəcək bitki çayları ilə xəstəliklərdən qorunmaq və sağlam qalmaq mümkündür.
Heyva soyuqdəyməyə çox faydalıdır
Öskürəyin azalmasına və boğazın yumşalmasına birbaşa faydalı olan sevimli qış meyvələrindən olan heyvanın toxumları çaylara əlavə edildiyində sakitləşdirici təsir bağışlayır. Həzmi də asanlaşdıran heyvanın xərçəngdən qoruma, arıqlama, sağlam bir dəri, allergik reaksiyalar, immunitet sisteminin güclənməsi və qan təzyiqinin tənzimlənməsi kimi bir çox faydası var.
Ancaq heyva toxumlarının çox miqdarda qəbulunun toksik təsir yarada biləcəyini də unutmayın.
Portağal yeyin
Yüksək C vitamin tərkibli olan portağal qışın şah meyvələrindədir. Portağal qabığı və içindəki ağ maddənin çox vacib olduğunu bilməlisiniz. Portağal qabığında olan uçucu yağlar şiş yaranmasının qarşısını alır və xərçəngdən qoruyur. Portağal qabığının içindəki ağ hissəsində olan pektin bağırsaq sağlamlığına çox faydalıdır, mədənin boşalmasını gecikdirir və daha uzun müddət tox saxlayır.
İnterpress.az