Toyuqlu Jülyen hər halında gözəlbackend

Toyuqlu Jülyen hər halında gözəl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
Toyuq əti – 250 qr
Şampinyon – 400 qr.
Baş soğan – 1 ədəd
Kərə yağı – 100 qr.
Un – 1 x.q.
Qaymaq – 250 ml.
Pendir – 100 qr.
Duz-istiot

Hazırlanması:
Göbələk və toyuq əti xırda doğranıb kərə yağında qovrulur, üzərinə xırda doğranmış soğan əlavə edilib bişirilir.
Qarışığa un səpilib qarışdırılır.
Kütləyə qaymaq, duz, istiot tökülüb qaymaq qatılaşana kimi bişirilir.
Formaya göbələkli içlik əlavə edilib 180 dərəcəyədək qızıdırılmış sobada 15 dəq. bişirilir.
Bişənə yaxın üzərinə rəndələnmiş pendir səpilib 5 dəq. sonra sobadan çıxarılır.

Toyuqlu Jülyen hər halında gözəl

İnterpress.az