Tərkib:
1,5 kq naringi
500 qr şəkər tozu
darçın budağı
Hazırlanması:
Naringinin qabığını soyun, dənələrini çıxarın. Emallı qaba yığın, üstünə şəkər tozu səpib bir gecə saxlayın.
1 ədəd naringinin sedrasını xırdalayın, naringilərə əlavə edin. Zəif odun üstündə 20 dəq. bişirin, üzərinə sonra darçın budağını əlavə edin.
Daha 20 dəq. bişdikdən sonra darçın budağını çıxarın, mürəbbəni ocaqdan götürün, 1 saat soyudun, bankalara doldurun.
İnterpress.az