İnterpress.az bildirir ki, naməlum şəxslər ştatın Los-Anceles və San-Xose şəhərində yerləşən məscidlərə hədələrin yer aldığı məktub göndəriblər.
Məktublarda qeyd edilib ki, “artıq şəhərlərdə Amerikanı təmizləyəcək Donald Tramp yeni polis rəisidir” və islam dininə sitayiş edənlərlə Hitlerin yəhudilərlə davrandığı kimi davranılacaq.
San-Xose Polis İdarəsinin polis zabiti Enrik Qarsiya deyib ki, polis baş verənləri “nifrət zəminində olay” kimi dəyərləndirir və təhqiqata başlayıb. (apa)
İnterpress.az