İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyanın sözlərinə görə, 2016-cı ilin aprelində baş verən dördgünlük müharibə Qarabağ məsələsinin müzakirə prosesini ciddi iflasa uğradıb.
“İndi problemin həll səyləri apreldən əvvəl və apreldə sonra fazaları olmaq üzrə bölünmüş vəziyyətdədir. Həm əvvəl, həm də sonra mövqeyimiz eynidir” deyən Sarkisyan Ermənistanın müharibəyə başlamağa səbəblərinin olmadığını söyləməklə növbəti dəfə riyakarlıq edib. Belə ki, o, problemin yalnız dinc danışıqlar yolu ilə həll oluna biləcəyini söyləməklə bunu nümayiş etdirib.
Sarkisyan bildirib ki, Dağlıq Qarabağın statusu qeyri-müəyyənliyə düçar olduqca, başqa hər hansı bir məsələ öz həllini tapa bilməz.
Ermənistan prezidenti növbəti dəfə lovğalanıb: “Biz silahlanma yarışına girməyəcəyik, bunda məna görmürük. Buna qarşılıq, Silahlı Qüvvələrimizin önündə duran hərbi-siyasi problemləri çox yaxşı təsəvvür edirik. Mənbələrimiz bütün bu problemləri həll etmək üçün tamamilə kifayətdir”.
İnterpress.az