İnterpress.az \”Milliyet\”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən baş katib bildirib ki, bu abidə, ASALA terror təşkilatı tərəfindən öldürülmüş türk səfir və diplomatlarına, eyni zamanda Azərbaycanın Qarabağ şəhidlərinə qarşı hörmətsizlikdir.
26 aprel 2016-cı ildə açılan abidənin üzərində bu sözlər yazılıb: “Erməni soyqırımını lənətləyirik. Armenak Bakırcıyanı və Hırantı anırıq. 100-cü ildönümündə erməni soyqırımı davam edir”.
Göksel Gülbey bu sözləri söyləyib:
“Bundan başqa, abidənin üzərində ASALA və PKK terroristlərindən Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyan, Antranik Uzunyanın da adları var. Monte Melkonyan, ASALA terror təşkilatının sözdə liderlərindən olub, 1993-cü ildə Qarabağ döyüşlərində erməni silahlı qüvvələrinin dəstəyi ilə fəaliyyət göstərən erməni milislərin komandiri olaraq iştirak edib. 1980-ci illlərdə erməni ASALA terror təşkilatının göstərişi ilə Avropada türk diplomatlarını qətlə yetirib. Bu qatillərin adlarının yazıldığı abidə, bölgədə siyasi fəaliyyət göstərən HDP və DBP bələdiyyələrinin kimlərlə işbirliyi etdiklərinin və həmçinin, onların uydurma “Böyük Ermənistan” xülyasına xidmət etdiklərinin sübutudur”.
O, daha sonra nitqini bu sözlərlə davam etdirib:
“Erməni lobbisi təkcə xaricdə yox, xüsusilə son zamanlar ölkəmizdə də seperatçı qruplarla birlikdə pis niyyətli fəaliyyət həyata keçirir. Erməni lobbisi bir tərəfdən Türkiyədə erməni və digər azlıqlara guya təzyiq edildiyini göstərir, həm də ölkə içində quyumuzu qazır. Türkiyə, Ermənistanda həyata keçirilən erməni terrorçularına ithaf edilən uydurma şəhidlik və abidələrin varlıqlarına etiraz edərkən, bu vəziyyətə bir çox platformada diqqət çəkərkən, ölkəmizdə terrorçular üçün abidə qoyulmasına səssiz qalırlar. Birinci növbədə Xarici İşlər Nazirliyi bu abidəyə qarşı çıxaraq, şəhid diplomatlarımıza edilən hörmətsizliyin hesabını almalıdır. Daxili İşlər Nazirliyi və Tunceli Valiliyini də ASİMDER olaraq fəaliyyətə keçməyə çağırırıq. Terror təşkilatları ilə mübarizəyə başlamışkən bu terrorçular üçün abidə qoyulmasına icazə verilməməlidir”.
Baş katib fikrini belə yekunlaşdırıb:
“Abidə ilə bağlı bundan sonra həyata keçiriləcək addımlara ASİMDER baş mərkəzi tərəfindən nəzarət ediləcək və mövzu ilə əlaqədar prezidentə və nazirliklərə məlumat veriləcək. Uydurma abidənin inşa edilməsində məsuliyyətli olan şəxslər haqqında lazımlı cəza tədbirlərinin görülməsini tələb edirik”.
İnterpress.az