İnterpress.az xəbər verir ki, abonentin dediyinə görə, bir neçə aydan sonra sayğaca müdaxilə etdikləri iddiası ilə ona 200 manat cərimə tətbiq olunub.
Rayon Qaz İstimarı İdarəsinin məsul işçisi Mirbala Məmmədov isə deyir ki, sayğac sökülərək texniki araşdırmalar üçün Bakı şəhərinə göndərilib. Labarotoriyada sayğaca şirə töküldüyü üçün qarışqa yığıldığı bildirilib. Bu da sayğaca müdaxilə hesab edilib.
Abonent bildirir ki, rəsmi qurumun mudaxilə saydığı qarışqanın sayğaca girməsini onlar özləri xəbər veriblər. Əgər müdaxilə olsaydı bu hadisə gizlədilərdi. İndi abonent məsələnin ətraflı araşdırılması üçün \’\’Azəriqaz\’\’ın rəhbərliyinə müraciət edəcək.
İnterpress.az \”xezerxeber\”-ə istinadən videomaterialı təqdim edir: