İnterpress.az xəbər verir ki, ifadəsi zamanı cənab Yanukoviç bildirib ki, o, Kiyevin mərkəzi meydanı olan Maydanda qan tökülməsinin əleyhinə olub.
İclasın əvvəlində prokurorlar suallar barədə razılığa gəlmək üçün 15 dəqiqə vaxt istəyiblər.
Fasilə zamanı Ukraynanın baş prokuroru Yuri Luçenko cənab Yanukoviçin \”vətənə xəyanət\”də şübhəli bilindiyini bəyan edib.
\”Yanukoviçin Ukraynadan kənarda olduğunu və faktiki olaraq Ukraynanın hüquq-mühafizə orqanlarından gizləndiyini nəzərə alaraq ittiham şifahi elan edilib, amma ittiham sənədi bugün bir saat öncə Yanukoviçin bütün mümkün ünvanlarına göndərilib və eləcə də onun vəkilinə təqdim ediləcək\”.
Bundan sonra hərbi prokurorlar ittihamnaməni cənab Yanukoviçin vəkillərinə təqdim ediblər, məlumatda deyilir.
Sabiq prezident cümə günü ifadə verməli idi, amma \”Berkut\”un keçmiş döyüşçülərinin məhkəməsilə əlaqədar bugünə keçirilib.
Yanukoviç \”Berkut\” xususi təyinatlı qrupun sabiq beş əməkdaşı ilə bağlı işdə şahid kimi dindirilir. Həmin 5 nəfər 2014-cü ilin fevralında Maydanda fəallarən güllələnməsində şübhəli bilinirlər.
Həmin vaxt Maydanda 100-dən çox insan ölüb, 600 nəfər isə zərərçəkmiş elan edilib.
Bu məsələ ilə bağlı cari prezidet Petro Poroşenko da ifadə verib. Onun ifadə verməsi prosesi 6 saat davam edib.
Ukraynanın baş prokurorluğu hazırda Yanukoviçin şübhəli kimi təqsirləndirildiyi səkkiz işi araşdırır.
Hər bir işə görə Viktor Yanukoviç İnterpol vasitəsilə axtarışa verilib.
Rusiya hazırda orada yaşayan Yanukoviçi geri verməkdən imtina edir.
İnterpress.az