Bunu İnterpress.az-a iqtisadçı ekspert Samir Əliyev bildirib.
2016-cı ilin büdcə sənədində bu barədə göstərilmişdir:
“Bahalaşma prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər”.
Xatırladaq ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Gülşanə Mustafayeva
İnterpress.az