Траmp özünə “milyonçular komandası” toplayırbackend

Траmp özünə “milyonçular komandası” toplayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni prezidenti Donald Tramp ölkə tarixində ən zəngin administrasiya yığıb.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, Trampın gələcək administrasiyasında bir neçə multi milyonçu, ailə varidatının sahibləri, eləcə də “Forbes”in siyahısındakı iki şəxs var.

Bütün vəziflərə hələ tutulmadığından milyonçuların sayının artacağı istisna olunmur.

Hazırda onun komandasında olacaq şəxslə bunlardır: ticarət naziri Uilbur Ross, onun gələcək müavini Todd Riketts, maliyyə naziri postunu tutacaq “Goldman Sachs”ın keçmiş icraçı direktoru Stiven Mnuçun, təhsil naziri olacaq Betsi Devos (“Amway” şirkətinin həmtəsisçisi Riçard Devosun qohumu).

Trampın komandasına qoşulacaq mümkün namizədlər isə bunlardır: neft maqnatı, ən varlı amerikalılar kimi “Forbes”in siyahısında 30-cu yerdə olan Qarold Hemm (o, energetika naziri postuna namizəddir) və gələcək əmək naziri olması gözlənilən restoranlar biznesinin sahibi Endro Pazder.

Trampın komandasındakıların çoxu “varlı anadan olublar, elit məktəblərə gediblər, onların hökumət müəssisələrindəki işdən çox siyasi namizədlərin maliyyələşdirilməsində böyük təcrübələri var”.

Məlumatda qeyd edilir ki, hələ 2001-ci ildə Corc Buş komandasını yığanda onu dərhal “milyonçuların komandası” adlandırmışdılar.

Ancaq Trampın komandasının kapitalı ilə müqayisədə Buş administrasiyasının ümumi gəliri yalnız ondan birini – 250 milyon dollar təşkil edir.

İnterpress.az