Olland prezident olmaqdan imtina etdibackend

Olland prezident olmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə prezident Yelisey sarayından televiziya vasitəsilə canlı yayımda bildirib. O qeyd edib ki, ikinci prezidentlik mandatı üçün namizədliyini irəli sürməyəcək.
Bu, Fransada V Respublika dövründə ilk belə haldır. Bu dövrdə Fransa prezidentlərinin heç biri indiyədək belə addım atmayıb.
Reuters-in məlumatına görə, Fransua Ollandın bu bəyanatı Fransada sürpriz xəbər kimi qarşılanıb.

62 yaşlı prezidentin bu qərarı onun populyarlığının son dərəcə aşağı olması ilə bağlıdır. Noyabrın 30-da elan olunan son sorğuya görə, Olland seçkiyə qatılsa, birinci turda cəmi 7 faiz səs toplaya biləcək.
Fransada prezident seçkisi gələn ilin aprelində keçiriləcək. Son sorğuya görə, seçki bu gün keçirilsə, qalib sağşı Respublika partiyasından olan Fransuaz Fillon seçiləcək.
Fransua Olland II dünya müharibəsindən sonra Fransada populyarlığı ən aşağı olan prezidentdir. (modern.az)

İnterpress.az