“Niyə istefa verməliyəm?”backend

“Niyə istefa verməliyəm?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra Sərdar Cəlaloğlunun Azərbaycan Demokrat Partiyasının (ADP) sədrliyindən istefa məsələsi də gündəmə gəlmişdi. Lakin görünən budur ki, Sərdar Cəlaloğlu ADP rəhbəri postundan getmək niyyətinə deyil.

“Mən istefa versəm, bütün problemlər öz həllini tapacaq?! Niyə istefa verməliyəm? Nəyə görə bu ölkədə məhz Sərdar Cəlaloğlunun istefa verməsi gündəmdə olmalıdır?! Bu ölkədə bu qədər sosial problemlər olduğu halda, niyə görə mənim partiyadan istefa verməyim kimlərinsə xoşuna gəlməlidir?!”-deyə Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bildirib.

Onun fikrincə, hər hansı bir müxalifət liderinə “sizin istefa vermək fikriniz varmı?” sualını vermək düzgün deyil.
ADP sədri, müxalifət liderlərinin istefa verməsinə də kəskin reaksiya verib.

“Yaxud da İsa Qəmbər Lalə Şövkət Etibar Məmmədova diqqət çəkək. Heç kəs “niyə istefa verdiniz? Niyə kənara çəkildiniz?” suallarını vermir. Halbuki, bu gün onların istefa verməsi bütün müxalifət cameəsini parçalanmaya məruz qoydu. İsa Qəmbərin Müsavatdan getməsi, Lalə Şövkətin Liberal Partiyadan, Etibar Məmmədovun AMİP-dən istefa verməsi bu böyük partiyaları uçuruma apardı.

Onların istefa verməsi ilə müxalifətin birliyi də məhv oldu. Ancaq heç kəs onlardan bunun hesabını soruşmadı. Bir mən qalmışam. Məni də istefaya göndərsəniz, hər şey qaydasına düşəcəkmi?!”

İnterpress.az