Müxalifət etiraz edirbackend

Müxalifət etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə 10-dan çox siyasi partiya lideri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, ölkəni iqtisadi təhlükə bürüyüb:

Müxalifət etiraz edir

\”Uzun illər öncədən təhlükələr barədə iqtidarı xəbərdar edirdik. Amma hakimiyyət bizim dediyimizə məhəl qoymurdu. Artıq iqtisadi təhlükə ölkəni başına bürüyüb. Dünyada neftin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımız bu günə düşüb \”.

Azərbaycan Xalq Partiyasının Pənah Hüseynin fikrincə, Azərbaycan ciddi dəyişiklik mərhələsinə daxil olub:

Müxalifət etiraz edir

\”Bu tədbirə zalda başlanan mitinq kimi də baxmaq olar. Bunun kütləvi aksiyalara keçməsi kimi də qəbul etmək olar. İştirakçılara bildirirəm ki, bu tədbiri yaddaşlarınızda saxlayın. Ölkədə vəziyyət gərgindir. Oliqarxların işıq və qaza ehtiyacları yoxdur. Çünki generatorlar istifadə edirlər, qaza da təhlükəli baxırlar. Digər varlı təbəqə də var ki, bir neçə evləri var. Hər evdən 1500 kubmetr istifadə edə bilərlər. Kütləvi aksiyalar olarsa, ölkə xaotik duruma düşər. Amma iqtidar bunu vecinə almır. Böyük hadisələrə hazır olmalıyıq. Dövlət üçün təhlükəli olan halların baş verməməsinə hamımız çalışmalıyıq. Bu ölkə bizimdir. Gələcəyimizə sahib durmaq borcumuzdur. Bir layihə hazırlamışıq. Qanunsuzluğa öncəliklə son qoymaq lazımdır. İşsizlik, korrupsiya hallarına son qoyulmalıdır. Qaz və işığın qiymətinin artması ilə əlaqədar hər kəsi buna qarşı səfərbər olmağa çağırırıq. Bu durum hər kəsin gələcəyini təhlükəyə atır. Qərara almışıq ki, ziyalılarımıza müraciət edək. 12 siyasi partiya məsələləri müzakirə edib. Yanvarda növbəti tədbirimizi keçirməyi planlaşdırırıq. Bütün məsuliyyəti öz üzərimizə götürməyə hazır olmalıyıq. Xalqımız həmişə bu dövləti yaşadıb, yenə də belə olacaq. Hamımıza bu yolda uğurlar\”.

VİP sədri Əli Əliyev isə deyib ki, daha geniş şəkildə fikir mübadiləsi aparılmalıdır:

Müxalifət etiraz edir

\”Hakimiyyət hazırda çox güclüdür. İqtidar iqtisadi böhrandan daha çox siyasi böhrandan ehtiyatlanır. Böhranla bağlı hakimiyyətin siyasəti hər şeyi sübut edir. Ölkəmiz ətrafında gedən proseslərdən çox narahatam. Biz Suriya təhlükəsi ilə üz-üzəyik. Çox ağıllı davranmalıyıq. Hökumət bu böhranın qarşısını almaq gücündə deyil. Bu hakimiyyəti yıxmaq ölkəni xaosa apara bilər. İqtidar çalışır ki, onunla qarşıdurmaya gedək. Bunlar bizi anlaya bilməz\”.
AĞ Partiya başqanı Tural Abbaslı isə hesab edir ki, indiki məqamda müxalifət düşərgəsində xalqı öz arxasınca apara bilən lider lazımdır: \” Xalqı qınamaq düzgün deyil. Yaxınlarda bir siyasətçi xalqı suçlayır ki, arxamızca gəlmirlər. Xalqı arxasınca aparmaq lazımdır. Bu gün burada bir çox partiya sədri yoxdur. Amma hakimiyyət görüşə çağırsa, həmin şəxslər qaça-qaça gedərlər. Xalq bir müddətə qədər dözəcək, amma sonda bu xalqın heç nə qarşısında dayana bilməyəcək. Hakimiyyət güclü deyil, sadəcə müxalifətin xalqı təşkilatlandıra bilməyəcəyinə əmindir. Xalqı əzmkar olmağa çağırıram\”.

KXCP sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, müxalifət daxilindəki çəkişmələr xalqın inamını azaldıb:

Müxalifət etiraz edir

\”Zamanında problemləri çox dedik, amma özümüz buna əməl etmədik. Birini lider seçdik, lakin ona sadiq qalan azsaylı insan qaldı. Biz öncəliklə özümüzə sahib çıxmalıyıq. Dövlətimizi böyük təhlükələr gözləyirik. Vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan ayaqda olmalıdır, başladığı işi başa çatdırmalıdır\”. (bakipost.az)

İnterpress.az