Obamanın son çıxışı – VİDEObackend

Obamanın son çıxışı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Obama sonuncu dəfə ölkənin Milad bayramı ərəfəsində baş yolkasının işıqlarını yandırıb və amerikalıları bu bayram günlərində xəstələrə, ehtiyacı olanlara qayğı göstərməyə, eyni zamanda yaxınlarla onların istədiyi kimi davranmağa çağırıb.

Prezidentin sözlərinə görə, bu arzular ailəsinin xristian inancından və köklərinin haradan gəlməsindən asılı olmayaraq bütün amerikalıların prinsiplərindən irəli gəlir.
“Bu, heç vaxt dəbdən düşməyən birliyə, qaydaya və ümidə çağrışdır və məhz indi bizə çox lazımdır”-Obama deyib.

Milad yolkasının yandırılması ənənəsi 1923-cü ildən başlayır. Mərasim Ağ Evin cənub hissəsində Prezident parkında keçirilir.
Prezident Obama, birinci xanım Mişel Obama və qızı Saşanın köməyilə qırmızı,ağ, mavi lampaları yandırıblar. Sonunda Obama mahnı da oxuyub.

İnterpress.az