“Atəşkəsin tez-tez pozulması sifarişdir…”backend

“Atəşkəsin tez-tez pozulması sifarişdir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, son zamanlar atəşkəsin intensiv pozulması diqqətdən yayınmır. Bir neçə gün əvvəl təxribat törətmək istəyən erməni ordusunun diversiya qrupu ordumuz tərəfindən cəzalandırılıb.

Ermənilərin son zamanlar cəbhədə fəallaşması barədə hərbi ekspert Üzeyir Cəfərov danışıb:

"Atəşkəsin tez-tez pozulması sifarişdir..."

\”Ermənilər sifariş yerinə yetirirlər. Bu sifariş də sırf beynəlxalq qrumlardan və Rusiyadan gəlib. Azərbaycanın həm apardığı müstəqil siyasətə görə, həm də rəsmi Bakıdan ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirilən fikrə görə cəzalandırmaq istəyirlər.

Yaxın günlərdə Ermənistan ordusu Azərbaycan əsgərlərinə qarşı diversiya təxribat həyata keçirməyə cəhd ediblər. Amma Azərbaycan silahlı qüvvələri onları cəzalandırıb. Ermənilər ciddi-cəhdlə atəşkəsi pozmağa çalışırlar. Son günlər cəbhədəki gərginlik də bununla əlaqədardır.

Düşünürəm ki, bu gərginlik artan xətt üzrə gedəcək. Bildiyim qədər ermənilərin diversiya qrupu təxribat həyata keçirərəkən həm itki verib, həm də yaralananlar olub. Ermənistan ordusu əvəz çıxmaq üçün nəyin bahasına olursa olsun bütün gücünü sərf edəcək.

Bundan əlavə ermənilər çalışır ki, iki prezident bir araya gəlsin. Bundan ötrü də ermənilər var gücü ilə çalışırlar. Bunun alınıb-alınmayacağı məlum deyil. Hər şeyə rəğmən diqqətli olmalıyıq\”.(ölkə.az)

İnterpress.az