Bakıda telefon qovşağının rəisi bıçaqlandıbackend

Bakıda telefon qovşağının rəisi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Report\”un Suraxanı Rayon Polis İdarəsindən (RPİ) əldə etdiyi məlumata görə hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.
Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

İnterpress.az