Azərbaycanda terrorçu məhv edildibackend

Azərbaycanda terrorçu məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata əsasən xəbər verir ki, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Bakı şəhərinin Binə Ticarət Mərkəzi yaxınlığında Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd etmiş, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az