İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, axşam saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində “Mercedes” markalı 90 QO 546 dövlət nömrə nişanlı avtomobil yolu keçən Samux rayonu Lək kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Arzu Məzahir oğlunu vurub.
Nəticədə piyada ağır sınıq xəsarətləri və çoxsaylı travmalar alıb. Yaralı travmatik şok vəziyyətində Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olduğundan o, paytaxta-travmatologiya mərkəzinə köçürülüb.
İnterpress.az