İnterpress.az-ın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər Çırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Yaşar Nuriyev sirkə turşusu içərək zəhərlənib. O dərhal Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Y. Nuriyevin intihar məqsədi ilə sirkə turşusu içdiyi bildirilir.
İnterpress.az