Tovuzda iki nəfəri maşın vurubbackend

Tovuzda iki nəfəri maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın qərb bürosunun verdiyi məlumata görə, rayonun Cilodarlı kənd sakini 1962-ci il təvəllüdlü Bəsti Bağırova müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər bir hadisə isə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Amil Babayev toy karvanında bəylə gəlinin getdiyi avtomobilin qarşısına çıxaraq hədiyyə almaq istəyib, lakin avtomobil uşağa sürtülərək keçib. Valideynləri 9 yaşlı Amilin xəsarət aldığını düşünərək dərhal Tovuz rayon mərkəzi xəstəxanaya aparıblar. Müayinə zamanı uşaqda ciddi bir xəsarətin olmadığı məlum olub.

İnterpress.az