Dekabrın 6-da Milli Məclisin növbəti plenar iclasında müzakirə çıxarılacaq və üç gün davam edəcək iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.
Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
Müzakirələr dekabrın 8-də bitəcək. ( modern.az )
İnterpress.az