Yataq otağından zorla aparılan 16 yaşlı qız tapıldıbackend

Yataq otağından zorla aparılan 16 yaşlı qız tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, İzmirin Karabağlar rayonunda ata-anası və bacısı işdə olarkən yatdığın yerdən qaçırılan Ayşenur S. İstanbulda tapılıb.

Bu gün qızın valideynlərinə zəng edən şəxs Ayşenuru Esenler adlanan yerdə yol kənarında huşsuz vəziyyətdə tapdığını və onun telefonunu götürərək əlaqə saxladığını deyib.
Bildirilir ki, evdə kimsənin olmadığını bilən narkotik alveri və fahişəliklə məşğul olan şəbəkə üzvləri 16 yaşlı qızı zorla aparıblar. Bir neçə saat sonra evə qayıdan valideynləri yataq otağında qan ləkələri və cırılmış paltarlar görüncə, dərhal polisə məlumat veriblər.
Olayla bağlı artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Yataq otağından zorla aparılan 16 yaşlı qız tapıldı

İnterpress.az