İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, artıq Rusiya Dumasının büdcə komitəsi Çeçenistana ayrılacaq dotasiyanın miqdarını təsdiq edib. Belə ki, 2017-ci ildə Qroznının sərəncamına 40,4 milyard rubl maliyyə veriləcək.
Qeyd edək ki, bundan öncə Ramzan Kadırov Çeçenistana maliyyə yardımının azaldılmasına etiraz etmişdi. O, belə olacağı halda Çeçenistanı qoruya bilməyəcəyini bildirmişdi.
İnterpress.az