Autizm sindromlu uşaqlar sevindirildibackend

Autizm sindromlu uşaqlar sevindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Bankın məlumatına əsasən xəbər verir ki, Beynəlxalq Əlillər Günü münasibətilə Bank \”Birgə və sağlam\” ictimai birliyi ilə bərabər autizm sindromlu uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Bankın könüllüləri reabilitasiya mərkəzinə baş çəkərək uşaqlara müxtəlif sürprizlər hazırlayaraq əyləncəli şou və müsabiqələr keçirib. Uşaqlar bu aksiyadan xüsusi zövq alıblar və çox gözəl istirahət ediblər. Tədbirin sonunda AccessBank adından reabilitasiya mərkəzinə 10 ədəd elektron planşet təqdim edilib.

Korporativ sosial məsuliyyət proqramı AccesssBankın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank öz əməkdaşlarının iştirakı ilə fiziki imkanları məhdud olan insanlarla, valideyn himayəsindən məhrum olan uşaqlarla və kimsəsiz qocalarla bağlı 150-dən artıq layihə həyata keçirib. AccessBank, həmçinin, idman, təhsil, mədəniyyət və incəsənət sahəsində uğurlu layihələr reallaşdırıb.

İnterpress.az