Növbəti diaqnostik qiymətləndirmə – Kürdəmirdəbackend

Növbəti diaqnostik qiymətləndirmə – Kürdəmirdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti diaqnostik qiymətləndirmə dekabrın 8-i və 10-da Kürdəmir rayonunda keçiriləcək. Bu barədə İnterpress.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

İmtahanlarda 7 000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar.

Həmçinin Şuşanın Mingəçevir şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

İnterpress.az